BolgeXeber.Com » Xəbərlər » İdman müəllimi 12 yaşlı şagirdi döydü - Valideyn polisə şikayət etdi

İdman müəllimi 12 yaşlı şagirdi döydü - Valideyn polisə şikayət etdi

14-10-2017, 17:04
Oxunub: 3 165 İdman müəllimi 12 yaşlı şagirdi döydü - Valideyn polisə şikayət etdiBakıda valideyn övladının orta məktəb müəllimi tərəfindən döyüldüyünü iddia edir

Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.