BolgeXeber.Com » Mədəniyyət » “Mənim Sumqayıtım”-Köhnə sumqayıtlı Yaroslavdan doğma şəhəri haqda növbəti klip-VİDEO

“Mənim Sumqayıtım”-Köhnə sumqayıtlı Yaroslavdan doğma şəhəri haqda növbəti klip-VİDEO

16-10-2017, 11:08
Oxunub: 3 431 “Mənim Sumqayıtım”-Köhnə sumqayıtlı Yaroslavdan doğma şəhəri haqda növbəti klip-VİDEOYaroslav Semyonov Sumqayıt haqda Rekordlar Kitabına düşə bilən qədər -40-a yaxınmahnı bəstələyib

Həvəskar bəstəkar -müğənni Yaroslav Semyonov. Bolgexeber.com xəbər verir ki,onu xüsusi təqdim etməyə ehtiyac yoxdur, çünki internetdə Sumqayıtla,Azərbaycanla bağlı onun adına çox rast gəlmək olur. Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 63 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda,Sumqayıtda doğulub və 22 yaşınacan Gənclik şəhərində yaşayıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta rekord sayda -40-a yaxın mahnı bəstələyib. Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayır .O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib. Anası rus,atası isə azərbaycanlıdır. Təqaüdçü olsa da aktiv həyat tərzi keçirir, bir neçə xarici ölkələrə səyahət edib. Yaroslav Semyonov çox sevdiyi Sumqayıt haqda növbəti mahnısını bəstəliyib və həmin mahnıya klip hazırlayaraq YouTube-da yerləşdirib.

Həmin klipi oxuculara təqdim edirik.