BolgeXeber.Com » Şou-Biznes » Ceyhun Məmmədov komediya filminə çəkilir - "Ay İsrafil"

Ceyhun Məmmədov komediya filminə çəkilir - "Ay İsrafil"

17-10-2017, 09:20
Oxunub: 4 436 Ceyhun Məmmədov komediya filminə çəkilir - "Ay İsrafil"Parodiyaçı Ceyhun Məmmədov komediya janrında lentə alınacaq “Ay İsrafil” adlı filmdə baş rollardan birini canlandıracaq

Bu haqda Bolgexeber.com-a C.Məmmədovun özü məlumat verib:

“Gürcüstanın Marneuli rayonunda “Ay İsrafil” adlı yeni filmində birinci dərəcəli obrazı canlandıracağıma üçün kameralar qarşısına keçəcəyəm. Sözügedən ekran əsəri komediya janrındadır. Sürpriz qalsın deyə, bəzi detalları indidən açıqlamaq istəmirəm. Film hədsiz maraqlı və gülüş doğurandır. Obrazıma görə çox sevinirəm. İnşallah, çox maraqlı komediya gəlir. Hər kəsin əməyi olan bu filmdə uğurlar arzulayıram və hazırlaşın film, inşallah, tezliklə yayımlanacaq".
Qeyd edək ki, "Ay İsrafil" adlı film Xəzər TV-nin aparıcısı Nana Hüseynovanın Gürcüstanın Marneuli rayonundakı evində çəkilib. Filmin baş rollarını müğənni Damla, müğənninin prodüseri Mehri Əliquliyeva və meneceri Şəhriyar, dj Roşka, istedadlı balaca Riad ifa edir. Ceyhun Məmmədovun tərəf müqabilləri cazibədar Arzu Həmzəyeva, Sevinc Məmmədova və Miya Nəsibova olacaq.
Ceyhun Məmmədov komediya filminə çəkilir - "Ay İsrafil"