BolgeXeber.Com » Ölkə » Zoologiya İnstutunda 20 milyon dollarlıq ilan zəhəri var, amma istifadəsiz qalıb - VİDEO
Zoologiya İnstutunda 20 milyon dollarlıq ilan zəhəri var, amma istifadəsiz qalıb - VİDEO
17-10-2017, 10:59
Oxunub: 3 264
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunda 20 kq-a yaxın ilan zəhəri saxlanılır və onun qiyməti 20 milyon dollar həcmindədir
Day.Az xəbər verir ki, bu barədə məlumat verən institutun direktoru Elman Yusifov bildirir ki, bu zəhərlər ən bahalı dərmanların hazırlanmasında işlədilir və Sovet döndəmindən qalmasına baxmayaraq keyfiyyətini indiyədək qoruyub saxlayır.
Elman Yusifov bildirir ki, hazırda əllərində olan ilan zəhərini xarici şirkətlərdən birinə satsalar, bu vəsaiti institutun inkişafı və gələcək layihələri üçün sərf edə bilərlər. Ancaq məsələ burasındadır ki, bu zəhəri satmaq üçün bir sıra beynəlxalq təşkilatlardan da sənədlər alınmalıdır.
Beynəlxalq təşkilatlardan bu sertififakatları almaq üçün təxminən 100 min dollar vəsait tələb olunur.
Onu da qeyd edək ki, hazırda Zoologiya İnstitunun Ağsuda yerləşən mərkəzində ilandan zəhər alınması prosesi davam etdirilir. Ancaq ilanların sayı həddən artıq az olduğundan və zəhərin əldə olunandan sonra xaricə ixracı ilə bağlı məsələlər həll edilmədiyindən bu sahəyə maraq o qədər güclü deyil. Milyonlarla dollarlıq ilan zəhərinin hazırda istifadəsiz halda qalması isə sadəcə təəssüf doğurur. Çünki bu sahədə istehsal artarsa və onun satışı təşkil olunarsa ölkəyə böyük həcmdə vəsaitlərin daxil olmasını təmin etmək mümkündür. /xezerxeber.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər