BolgeXeber.Com » Sosial » Orta maaş: bir sektorda 3 min manatdan çox, başqasında 500 manatdan az

Orta maaş: bir sektorda 3 min manatdan çox, başqasında 500 manatdan az

18-10-2017, 14:49
Oxunub: 3 032 Orta maaş: bir sektorda 3 min manatdan çox, başqasında 500 manatdan azBu ilin 9 ayında ölkədə orta əməkhaqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 464,5 manat olub

Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 524,7 manata çatıb. Dövlət müəssisələrində orta əməkhaqqı 391,8 manat, özəl müəssisələrdə 711,8 manat göstərilir.

Mərkəzi Bankın məlumatına əsaslanan Dövlət Statistika Komitəsi sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6895,5 milyon manat təşkil etdiyini bildirir. Əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri 36 milyard 247 milyon manata çatmışdır. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi ayda 414,2 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənməsinə sərf edilib, 3,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlərdən sonra əhalinin sərəncamında 33 milyard 157,3 milyon manatlıq vəsait qalıb.