BolgeXeber.Com » Xəbərlər » Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş konfrans keçirilib-Hacıqabulda

Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş konfrans keçirilib-Hacıqabulda

18-10-2017, 16:26
Oxunub: 2 224 Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş konfrans keçirilib-Hacıqabulda18.10.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Əvvəlcə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.Tədbirdə rayonun bütün idarə və təşkilatlarının nümayəndələri iştirak etdilər.Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov açdı. Dövlət Himni səsləndirildikdən sonra çıxışlar başlandı. Əvvəlcə “Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin qarantı” mövzusunda YAP rayon təşkilatının sədri Hafiz Bəşirov çıxış etdi. Sonra “Müstəqil Azərbaycanın gənclər siyasəti” mövzusunda rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov, “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” mövzusunda Talış kənd tam orta məktəbinin direktoru Mehman Əmiraslanov və “Müstəqil Azərbaycanda ordu quruculuğu” mövzusunda Daxili Qoşun N saylı hərbi hissə komandirinin tərbiyyə işləri üzrə müavin əvəzi, mayor Xəlil Ceyhun çıxış etdilər. Tədbiri İcra Hakimiyyətinin başçısı yekunlaşdırdı.
Bolgexeber.com