BolgeXeber.Com » İdman » “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb-VİDEO

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb-VİDEO

19-10-2017, 09:42
Oxunub: 3 550 “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb-VİDEOAzərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşıb.

C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb.

Görüşdə hesab açılmayıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər.

Dino Ndlovu matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq oyunu erkən tərk etməli olub. "Qarabağ" son 15 dəqiqəni azlıqda keçirsə də, yekunda ilk xalını qazana bilib.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur
C qrupu

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 0:0