Ziya Məmmədov haradadır?
19-10-2017, 09:52
Oxunub: 3 047
Z.Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin əlindən alındığı, hətta evlərini belə satışa çıxartdığı da yayılan məlumatlar arasındadır
Artıq səkkiz aydır ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Ziya Məmmədovun nazir postunu itirməsindən keçən bu müddət ərzində onun harada olması, hansı işlərlə məşğul olması və sair barədə mətbuatda ziddiyyətli məlumatlar yer alıb. Sabiq nazirin ata yurdu Ucara çəkilərək, Quranı oxumağa başladığı da deyilirdi.
Bundan əlavə, Z.Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin əlindən alındığı, hətta evlərini belə satışa çıxartdığı da yayılan məlumatlar arasındadır. Bu günlərdə isə sosial şəbəkələrdə A.Məmmədovun metroda görüldüyünə dair informasiya paylaşıldı.
Z.Məmmədov hazırda haradadır? Yayılan məlumatlar nə qədər reallığı əks etdirir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün onun özü ilə danışmaq istədik. Sabiq nazirin telefonunu açan Akif adlı şəxs “Ziya müəllim rayondadır, bir həftəyə gələcək. Gələndən sonra yəqin ki, özü sizin suallarınızı cavablandırar” dedi.musavat.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər