BolgeXeber.Com » Xəbərlər » Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

19-10-2017, 10:48
Oxunub: 3 106 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xidmətə qəbulla əlaqədar müsabiqə elan edirBakı şəhər baş Polis idarəsinin Dövlət Yol Polis İdarəsi Yol Patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədər müsabiqə elan edir

Müsabiqədə avtomobil nəqliyyatına orta-ixtisas və ya ali təhsilli, komputerlə işləmək bacarığı,sürücülük vəsiqəsi olan,habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı,25 dən yuxarı olmayan,boyu 180 santimetr və daha yüksək,idman cüssəli,həqiqi hərbi xidmət müddətini tam başa vurmuş,özü və yaxın qohumları məhkum olunmamış,yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan 《Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə》də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.Bu barədə Bolgexeber.com-a Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib .

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti,biliyi,fiziki hazırlıq səviyyəsi,yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq,xarici dili bilən və dövlət təhsili müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir.Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 08-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək Bakı şəhər BPİ DYPİ-nə (Bakı şəhəri,badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
-şəxsiyyət vəsiqəsi
-təhsil haqqında sənədin əsli
-hərbi bilet (kişilər üçün)
-əmək kitabçası (olanlar üçün)
-sürücülük vəsiqəsi
-komputerlə işləmək bacarığını təsdiq edən müvafiq sənəd (sertifikat və. s....)
Əlavə məlumat almaq üçün əlaqə telefonları:012-590-21-65; 012-590-21-66
Bolgexeber.com