BolgeXeber.Com » Ölkə » Ölkədə narkoloji qeydiyyatda 612 qadın var – Rəsmi

Ölkədə narkoloji qeydiyyatda 612 qadın var – Rəsmi

19-10-2017, 10:57
Oxunub: 2 476 Ölkədə narkoloji qeydiyyatda 612 qadın var – Rəsmi2017-ci ilin 9 ayında 1955 nəfər narkotiklərlə mübarizə sahəsində cinayət məsuliyyətinə cəlb edilib

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda bildirilib.
Onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarıdır, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 1726-ı işsiz, 764-ü təkrar cinayət törətmiş şəxs, 1926-ı kişi, 29-u qadın, 36 nəfəri isə xarici ölkə vətəndaşıdır.
Həmin şəxslərdən ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
Məlumatda qeyd edilib ki, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 hektar 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitki yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29 448 nəfər qeydiyyatdadır. Onlardan 24 056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatda olandır. Həmin şəxslərdən 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20 576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2016-cı ildə 2 142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.