BolgeXeber.Com » Xəbərlər » Füzulidə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib - FOTOLAR
Füzulidə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib - FOTOLAR
19-10-2017, 11:05
Oxunub: 2 428
Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Bolgexeber.comxəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik edib. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunub.
“Ancaq tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalq üzünü Naxçıvana tutaraq özünün xilaskarı kimi Heydər Əliyevi gördü. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı. Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir. “-deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışmışdır.
Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə