BolgeXeber.Com » Xəbərlər » Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir

Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir

19-10-2017, 11:10
Oxunub: 4 243 Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edirBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirləri davam etdirir

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən geniş şəkildə qeyd edilir. Əlamətdar günlə bağlı İdarənin tebeliyində olan şəhər və rayon nümayəndəlikləri bir-birindən gözəl tədbir proqramları təşkil edərək müstəqilliyimizi qeyd edirlər.

Artıq öncədən start verilən silsilə tədbirlər Regional İdarənin Yevlax şəhər nümayəndəliyində də geniş şəkildə qeyd edilməkdədir.

Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər yaradıcılıq evində baş tutan tədbir maraq dolu anlarla yadda qalıb. Tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri o cümlədən çoxsaylı mədəniyyət işçiləri də iştirak edib. Tədbirdə çıxışlar və ifalar səsləndirilərək müstəqilliyimizdən bəhs edilib. Bundan başqa qabaqcıl iş təcrübəsinin inkişaf etdirilməsi məqsədi ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfi tədbirin qonağı olub. İstedadlı şagirdlərin müstəqillik və vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlər böyük maraqla izlənib. Bununla yanaşı həmçinin tədbirdə yevlax şəhər MKS-nin təşkil etdiyi kitab sərgisi də sərgilənib.

Tədbirdə çıxış edən Regional İdarənin Yevlax şəhər nümayəndəliyi üzrə məsləhətçisi Rafiq Məmmədov 18 oktyabr-Dövlət Müstəqilliyi Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, : - “ 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətilə yaşadığı azadlığa qovuşub. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub”.

Tədbir Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam edib.

Yevlax Şəhər Mədəniyyət Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələri 18 oktyabr Müstəqillik günü münasibətilə geniş tədbir təşkil edib.

Şəhər Mədəniyyət Mərkəzində baş tutan tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru ” Respublikanın Əməkdar Mədədəniyyət “ işçisi Eldəniz Mustafayev açıb. O, Azərbaycan xalqının Ümummilli Lideri , Ulu Öndər Heydər Əliyevin xalqımıza göstərdiyi misilsiz şücaətindən və xidmətlərindən danışaraq və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

Tədbirdə həmçinin Bərdə Regional Mədəniyyət və Turizm İdarinin Yevlax şəhər nümayəndəliyi üzrə məsləhətçisi Rafiq Məmmədov, YAP- Yevlax təşkilatının aparat rəhbəri Əli Quluyev , ”Kür ” qəzetinin redaktoru “Respublikanın Əməkdar Jurnalisti “ Əminə Yusifqızı Ulu Öndərin xalqımıza misilsiz xidmətlərindən və Müstəqilliyimizin xalqımıza bəxş etdiyi mənəvi dəyərlərdən danışıblar.

Tədbirin davamı olaraq Müstəqilliyimizə həsr olunmuş video- xronika göstərilib.

18-oktyabr Dövlət Müstəqillik günü “İşıqlı sabahımız ” adı ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Yəldili kənd mədəniyyət evində də qeyd olunub.

Tədbirdə çıxış edənlər Yəldili kənd mədəniyyət evinin metodisti Əhlinaz Mürsəlova, Yəldili kənd mədəniyyət evinin bədii rəhbəri Vəfa Hüseynova ,Yəldili kənd tam orta məktəbin direktoru Mustafa Əhmədov tədbir iştirakçılarını Dövlət Müstəqilliyi münasibətilə təbrik edərək Dövlət Müstəqilliyinin yaranması və onun bizə verdiyi mənəvi dəyərlərdən danışıblar.

Tədbirin sonunda məktəblilərdən ibarət kompozisiya təqdim olunub.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Yevlax şəhər tarix muzeyi də əlamətdar tarixi günü geniş şəkildə qeyd edib. Tədbirdə müstəqilliyimiz mövzusunda müzakirələr aparılaraq çıxışlar dinlənilib. Muzeyin direktoru Aygün Qasımova ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbilə böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində xidmətlərindən danışıb.

Sonra tədbir iştirakçıları muzey işçilərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də 18 oktyabr - Dövlət müstəqillik günü silsilə tədbirlərlə davam edib. Belə tədbirlərdən biri nümayəndəliyin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzində baş tutub. Regional idarənin digər nümayəndəliklərinin də iştirakı ilə keçirilən tədbir xoş anlarla yaddaşlara köçürülüb.

Tanınmış yerli incəsənət ustalarının iştirakı ilə baş tutan tədbirdə Tərtər rayon uşaq musiqi məktəbinin səs müəllimi Müşviq Qurbanov, Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin səs müəllimi Fuad Əzizzadə, Yevlax şəhər yaradıcılıq evinin mədəni təşkilatçısı Rəşad Hüseynov, Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” ansamblının solistləri Reyhan Rəcəbova, Misir Məmmədov və digərlərinin ifaları davamlı alqışlarla qarşılanıb. Bundan başqa Bərdə şəhər 4 nömrəli və Mingəçevir şəhər F.Qasımov adına uşaq incəsənət məktəbinin rəqs qruplarının ifa etdikləri rəqslər də böyük marağa səbəb olub.

Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin saz sinfinin şagirdlərinin ifaları isə tədbira başqa bir gözəllik qatıb.

Tədbirdə çıxış edən regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə qeyd edib ki, : - “Azərbaycan indi güclü və demokratik ölkədir. Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ön yerlərdədir. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.”

Regional İdarənin Bərdə rayon nümayəndəliyində də 18 oktyabr – Dövlət Müstəqilliyi günü silsilə tədbirlərlə qeyd edilib. Uşaq musiqi məktəbləri, klub və kitabxana müəssisələrinin təşkilatçılığı il baş tutan tədbirlərdə bir daha 18 oktyabr tarixinin Azərbaycanın şanlı səhifələrindən biri olması və Azərbaycanın parlaq inkişafı müzakirə edilib.

Davam etməkdə olan silsilə tədbirlərin digəri Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində baş tutub. Açıq hava altında keçirilən tədbirdə şəhər əhalisi tərəfindən muzeyə hədiyə olunmuş eksponatlar, Bərdə Turizm İnformasiya mərkəzinin regionun turizm potensialını əks etdirən çap məhsulları, suvenirləri, hədiyyələri, o cümlədən Bərdə rayon MKS-nin dövlətimiz və müstəqillik haqqında kitabları və şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin çəkdikləri rəsm əsərləri sərgilənib.

Tədbirdə çıxış edən muzeyin direktoru Mehriban Əliyeva 18 oktyabr-Dövlət Müstəqilliyi Gününün Azərbaycan tarixinin ən parlaq səhifələrdən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, : - “ Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir”.

Daha sonra çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bu əlamətdar tarixin regional idarənin əhatə etdiyi bütün mədəniyyət müəssisələrində təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbir məktəbli uşaqların təqdimatında kompozisiya və konsert proqramı ilə davam edib.

Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin tabeliyindəki klub müəssisələri də bu əlamətdar günü geniş şəkildə qeyd ediblər. Bir-birindən maraqlı keçirilən tədbirlərdə müstəqilliyimizdən bəhs edilərək vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Bunlardan şəhər 1, 2, 3, 5 nömrəli şəhər klubları, Vəliuşağı kənd Mədəniyyət evi, 2 nömrəli Hacallı kənd klubu, Alpoud kənd Mədəniyyət evi, Bala Qacar kənd klubu, Bəcirəvan kənd Mədəniyyət evi, Böyük Göyüşlü kənd folklor klubu, Bala Göyüşlü xalq yaradıcılığı evi, Qaradırnaq kənd klubu, Qaraqoyunlu kənd Mədəniyyət evi, Qurdlar kənd klubu, Mehdixanlı kənd foklor evi, Mirzəxan kənd Mədəniyyət evi, Mollaəhmədli kənd klubu, Mustafaağalı kənd klubu, Nazırlı kənd Mədəniyyət evi, Otuzikilər kənd foklor evi, Otuzikilər kənd Mədəniyyət evi, Şirvanlı kənd folklor evi, Yeni Əyricə kənd xalq yaradıcılığı evi, Zümürxan kənd Mədəniyyət evi və digər klub müəssisələrinin adını göstərmək olarki, hər biri ayrı-ayrılıqda yüksək səviyyədə mədəni-kütləvi tədbirlər təşkil ediblər.

Bərdə rayon S.Vurğun adına Mərkəzi kitabxanada Dövlət Müstəqilliyinin bərpasının 26-cı il dönümünə həsr edilllmiş “Mübarizələrdən keçən yol” adlı dəyirmi masa təşkil edilib. Tədbirdə rayon ziyalıları, müəllim və şagirdlər, o cümlədən fəal oxucular iştirak edib. Tədbir Dövlət Himnin səslənməsi ilə başlanıb.

Tədbiri MKS-nin direktoru Havva Mirzəyeva açaraq tədbir iştirakçılarını bayram münsibəti ilə təbrik edib. O müstəqillik uğrunda xalqımızın apardığı mübarizələrdən söz açaraq Azərbaycan xalqının bu müstəqilliyə layiq olduğunu bir daha vurğulayıb.

Tədbirdə 4 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədi kompazisiya ilə çıxış ediblər.Tədbirdə həmçinin, müstəqilliyə həsr edilmiş video çarx da nümayiş etdirilib.

Təşkil edilmiş “18 oktyabr –Milli müstəqillik günü” adlı sərgi də öz növbəsində tədbir iştirakçılarının marağına səbəb olub.
Bolgexeber.com
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir
Bərdədə 18 oktyabr - Dövlət müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam edir