BolgeXeber.Com » İqtisadiyyat » Elektron imza pulsuz olacaq

Elektron imza pulsuz olacaq

20-10-2017, 09:40
Oxunub: 2 782 Elektron imza pulsuz olacaq2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq

Bolgexeber.com bu barədə Trend-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.

E-imzanın şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq, vətəndaşlar bu imzaları ödənişsiz şəkildə əldə edə bilər: “Yeni vəsiqələrdə elektron imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq. E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum alınmayacaq”.