BolgeXeber.Com » Dünya » Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi

Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi

21-10-2017, 10:05
Oxunub: 2 604 Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti dəfə xeyirxah addım atıb.

Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.

Bu haqda Ronaldunun bacısı Katya Aveyru Facebook-da yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.

Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.