Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı
21-10-2017, 10:07
Oxunub: 2 735
Oktyabrın 20-dən etibarən Azərbaycan və daha 8 ölkənin ağır atletlərinin bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalarına dair qərar qüvvəyə minib
Bolgexeber.com "Report"a istinadən bildirir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar sentyabrın 30-da IWF-in İcraiyyə Komitəsinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qəbul olunub.
Buna 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.
Bu ölkələr 28 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.
Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər