BolgeXeber.Com » Xəbərlər » Əskipara kəndində səyyar qəbul-görüş keçirildi - Tərtərdə

Əskipara kəndində səyyar qəbul-görüş keçirildi - Tərtərdə

21-10-2017, 12:29
Oxunub: 1 952 Əskipara kəndində səyyar qəbul-görüş keçirildi - TərtərdəBu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun Əskipara kəndində keçirildi

Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.

Bolgexeber.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-şiçək dəstələri qoyaraq xatirələrini böyük ehtiramla yad etdilər.

Qəbulda kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Uğur Qurbanov, Namiq Əliyev kəndarası yolların, tibb məntəqəsinin təmirinə, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu, şəhid ailəsi Nigar Qasımova evlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.