Dərsliklərinin qiymətləndirilməsi üçün ekspertlər axtarılır
23-10-2017, 11:30
Oxunub: 3 770
Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur
Trend-in məlumatına görə, dərsliklərin qiymətləndirilməsi "Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.
Ekspert xidmətlər ibtidai təhsil səviyyəsinin "Azərbaycan dili" (tədris dili kimi), "Həyat bilgisi", "Познание мира", "Технология", "Изобразительное искусство", "Музыка", "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Riyaziyyat", "Математика", "Информатика" dərslikləri üzrə tələb olunur.
Ümumi və tam orta təhsil səviyyəsinin "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Литература", "Riyaziyyat", "Математика", "Информатика", "История Азербайджана", "Ümumi tarix", "Всеобщая история", "Həyat bilgisi", "Познание мира", "Физика", "Химия", "География", "Biologiya", "Биология", " Физическое воспитание", "Технология", "Изобразительное искусство", "Музыка", "Допризывная подготовка" dərslikləri üzrə tələb edilir.
Namizədlər oktyabrın 31-dək [email protected] elektron poçtuna elektron qaydada müraciət edə bilərlər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə