BolgeXeber.Com » Xəbərlər » Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək...

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək...

23-10-2017, 15:12
Oxunub: 1 403 Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək...2018-ci ildə orta ixtisas və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsində tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi və ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsi üçün dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 5 milyon manat vəsait proqnozlaşdırılıb

Modern.az-ın məlumatına görə, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura pillələri üzrə 160,9 milyon manat ( əvvəlki illə müqayisədə 10 milyon manat və ya 6,6 faiz çoxdur), digər sosial tədbirlər üçün 58,5 milyon manat vəsait proqnozlaşdırılıb.
Bolgexeber.com