BolgeXeber.Com » Şou-Biznes » Aktyorlar Rafaellə Coşqun sərt tənqid olundular:

Aktyorlar Rafaellə Coşqun sərt tənqid olundular:

9-12-2012, 17:50
Oxunub: 4 122 Millət vəkili Fazil Mustafanın Rəfael İsgəndərov və Coşqun Rəhimovun qadın paltarı ilə rol ifa etməsinə etirazına cavab gəlib.

“Qafqazinfo”nun məlumatına görə, “Bu şəhərdə” lahiyəsinin ssenaristi Müşviq Abbasov bildirib ki, Raykindən, Xazanovdan və Zadornovdan istedadına görə heç də geri qalmayan Dastin Hoffman, Toni Körtis, Cek Lemmon, Vladimir Vinokur, İlya Oleynikov, Yuri Stoyanov, Rafael Dadaşov, rəhmətlik Yaşar Nuri, rəhmətlik Əhməd Ağdamski və s. qadın obrazları yaradan sənətkarlar olub və var:

“Mən cox şadam ki, "Bu Şəhərdə"nin iştirakı ilə olan konsertlərə və reklam çarxlarına xalqın müxtəlif təbəqələri (fəhlələr, evdar qadınlar, polislər, taksiçilər, həkimlər, bankirlər, jurnalistlər, deputatlar və s.) nəinki baxır, həm də müzakirə edir. Bu bizim reytinqdən və baxımlı olmağımızdan xəbər verir. Ola bilsin, elə bu səbəbdən respublikanın bir nömrəli konsert salonuna - Heydər Əliyev adına Saraya ən çox - rekord sayda tamaşaçı toplayan məhz bizik.

Sizin məntiqlə əgər həcc ziyarətində olan aktyorlar alkoqolik ya narkoman obrazını yaratsa, dönüb özləri alkoqolik ya narkoman ola bilərlər. Bu isə müsəlmana günahdır, elə həmin məntiqlə bu aktyorlara rüşvətxor insan və ya seçicilərinə yalan vədlər verən millət vəkili obrazlarını da yaratmaq günahdır, çünki dönüb onlardan biri ola bilərər. Sizin məntiqin ardı olaraq eləcə də bu aktyorlar qadın (qayınana, gəlin, baldız və s.) obrazları yarada bilməzlər, çünki bu kişi aktyor birdən dönüb olar qadın, bu da günahdır. Statusuna hörmət etdiyim Fazil müəllim, “mus-mus” deyənəcən "Mustafa" deyin. Səhnədəki aktyorun əynindəki libas və ya parik o aktyorun daxilinin göstəricisi yox, onun obrazını tamamlayan bir rekvizitdir. Əsas odur ki "Bu Şəhərdə"nin obrazları cinsindən asılı olmayaraq kişi kimi sözün düzünü deyir, yalan danışmır, cəmiyyətimizdəki kişi paltarında olan bəzi insanlar kimi.

İslamda isə zarafat bir halda haram buyurulur, o da əgər o zarafatda yalan varsa. Peyğəmbər (səllallahu əleyhi və səlləm) demişdir: "Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!" Əbu Davud.

Bizim konsertlərdə olan zarafatlar hansısa məqamlarda gülməli olmaya bilər, amma bu zarafatda hec vaxt yalan ola bilməz”.

Fazil Mustafa da vaxt itirmədən sözügedən məsələyə cavab verib. "Qafqazinfo"nun məlumatına görə, o, Facebook hesabında Müşviq Abbasovun “Əgər siz bu statusu loru dildə necə deyərlər, elə-belə mırta yazmısınızsa, bu başqa məsələ, yox, əgər ciddi müzakirə edirsinizsə, mən sizi maraqlandıran bundan da ciddi mövzular deyə bilərəm, misal üçün, gələn dəfə öz statusunuzda Siz - Hüseyn Dərya narkotikə niyə yox dedi?, Aygünlə Namiq niyə görə ayrıldı?, Elza Seyidcahan niyə taykeş ayaqqabı geyinir? "Kristall" qrupunun heyəti hansı səbəbdən dəyişdi?, Elariz neçəyə saç əkdirib? Röya ikinci dəfə niyə ana olmaq istəmir? Rəqsanə niyə üçüncü dəfə ana olmaq istəyir? və s. kimi mövzuları tam ciddi müzakirə edə bilərsiz” fikrinə belə cavab verib:

“Həqiqətən də, istedadını yüksək qiymətləndirdiyim aktyorlara tövsiyyə edirəm ki, səhnədən başqa reklam çarxlarında qadın paltarında görüntüləriniz xoş qarşılanmır, əvəzində sözçüləri ironiyalı tərzdə təqribən belə cavab verir ki, əcəb edirik, bundan sonra hər yerə qadın paltarı geyəcəyik. Deyəcək sözüm qalmır”.