BolgeXeber.Com » Xəbərlər » Erməni əsgər “UAZ”-ı dərəyə aşırdı-1 ölü, 1 yaralı

Erməni əsgər “UAZ”-ı dərəyə aşırdı-1 ölü, 1 yaralı

23-10-2017, 15:43
Oxunub: 3 266 Erməni əsgər “UAZ”-ı dərəyə aşırdı-1 ölü, 1 yaralıBu gün səhər saat 08.30 radələrində Ermənistanın Aqarakadzor-Qnişik yolunda ağır avtomobil qəzası olub

“UAZ” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, digəri ciddi xəsarətlər alıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “UAZ”-ın sürücüsü 19 yaşlı Gevorq X. avtomobilin 20 metr dərinlikdəki yarğana yuvarlanması nəticəsində yerindəcə ölüb. Onun müddətli hərbi xidmətdə olduğu bildirilir. 21 yaşlı sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.