BolgeXeber.Com » Şou-Biznes » “Başqa qadınlardan uşaqları var idi” – Afaq Aslan keçmiş ərinin xəyanətindən danışdı – VİDEO

“Başqa qadınlardan uşaqları var idi” – Afaq Aslan keçmiş ərinin xəyanətindən danışdı – VİDEO

23-10-2017, 15:44
Oxunub: 3 580 “Başqa qadınlardan uşaqları var idi” – Afaq Aslan keçmiş ərinin xəyanətindən danışdı – VİDEOO, keçmiş ərindən və xəyanətindən bəhs edib

ARB TV-nin "Boş anlar" verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar verib.

O, keçmiş ərindən və xəyanətindən bəhs edib:

"Sevib ailə qurmuşdum. Ailəmin istəmədiyi bir adam idi. Sonda qərar verdim və evləndim. Böyüklər həmişə uzaqgörən olur və dedikləri düz çıxdı. Evliliyimiz il yarım çəkdi. Çox tanınmış bir adam idi. Ailə qurduğum adamın çox pulu var idi və həmin pul onu yolundan azdırmışdı. Həyatda hər şeyim var idi, amma xoşbəxtlik yox idi. Pul çox şey ola bilər, amma hər şey deyil. O, kənara çox qaçırdı, çox xəyanətlərini gördüm. Ona görə də aramız açıldı. İnkar edə bilməzdi, sübutlarım var idi. Kənarda gəzdiklərindən övladları belə var idi. Mən də dözməyib boşandım".