BolgeXeber.Com » Sosial » Bu rayonlarda çalışan müəllimlərin MAAŞLARI ARTACAQ

Bu rayonlarda çalışan müəllimlərin MAAŞLARI ARTACAQ

23-10-2017, 16:50
Oxunub: 3 179 Bu rayonlarda çalışan müəllimlərin MAAŞLARI ARTACAQBununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70.6 milyon manat vəsait proqnozlaşdırılır

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək məqsədilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin növbəti ildə başa çatdırılması nəzərdə tutulur

Publika.az xəbər verir ki, bu barədə 2018-ci ilə Azərbaycan Respublikasının büdcə layihəsində nəzərdə tutulub.
Layihədə qeyd olunur ki, respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Naftalan, Mingəçevir şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Zaqatala, Oğuz, Zəngilan, Qaz, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Laçın, Tərtər, Füzuli, Xocavənd, Göyçay, Cəbrayıl rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70.6 milyon manat vəsait proqnozlaşdırılır.