BolgeXeber.Com » Şou-Biznes » Murad Dadaşov jurnalistləri zaldan qovdu - YALAN ÜZƏ ÇIXDI

Murad Dadaşov jurnalistləri zaldan qovdu - YALAN ÜZƏ ÇIXDI

26-10-2017, 10:27
Oxunub: 3 110 Murad Dadaşov jurnalistləri zaldan qovdu - YALAN ÜZƏ ÇIXDIATV-də yayımlanan "Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib

Bolgexeber.com bildirir ki, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub. Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş. Ancaq media Murad Dadaşovun bu yalanını üzə çıxarıb və "Maşın”ı Talıb Talehin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir. Bundan başqa aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobili də sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb./Azxəbər