BolgeXeber.Com » Gündəm » Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR

Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR

26-10-2017, 10:56
Oxunub: 4 070 Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLARXiyabanın ərazisinə döşənən üzlük bərbad vəziyətdədir

Bolgexeber.com-un redaksiyasına yazan Zərdab rayon sakini Coşqun Abdullayev Zərdabda Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə sayğısızlığı diqqətə gətirir. Bolgexeber.com vətəndaşın Zərdabın Şəhidlər Xiyabanının mövcud vəziyyəti ilə bağlı haqlı gileyini olduğu kimi təqdim edir:

"Bura Zərdabın Şəhidlər Xiyabanıdır. Qapısının üstündə adının yazıldığı lövhə olmadığına baxmayın siz. Bu xiyabanda canını Vətən üçün, bizim üçün fəda edən şəhidlərimiz uyuyur. Xiyabanın təmizliyinə söz yoxdur, çox tez-tez alaq otlarından, tikanlardan təmizlənir. Amma ən birincisi odur ki, bu qəbristanlığın nə qapısında, nə də heç bir yerində “Şəhidlər xiyabanı” yazısına rast gəlinmir. Məgər bir lövhə yazıb buradan asdırmaq çox çətindir ki? Onlar bizim üçün canlarından keçiblər, biz onlar üçün nə etmişik? Xiyabanın qarşısında bənd salınıb, amma bu bəndin üzərində araldan bərk gəlib kecəsən. Halbuki, buranın bəndini ləğv etmək çətin məsələ deyil. Xiyabanın ərazisinə döşənən üzlük bərbad vəziyətdədir. Bunu da,nəzərə almaq lazımdır. Bu çatışmazlıqları dövlət hesabına vəsait ayırıb həll etmək mütləqdir. Unutmayaq ki, bu xiyaban şəhidlərin məzarlığıdır, əlimizdən başqa şey gəlməsə də burda abadlıq işləri aparmaq bizim üçün çətin deyil. Səlahiyyətli şəxslərdən xahiş edirik, həm də şəhid ailələrinin adından xahiş edirik bu işlərə diqqət göstərsinlər, şəhidlərimizin məzarlığına ehtiramla, diqqətlə və hörmətlə yanaşsınlar".

Bolgexeber.com olaraq əlaqədar qurumları da dinləməyə hazırıq...
Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR
Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR
Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR
Zərdabda şəhidlərin ruhuna sayğısızlıq... - FOTOLAR