BolgeXeber.Com » Ölkə » Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq - Belə deyirlər...

Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq - Belə deyirlər...

26-10-2017, 13:04
Oxunub: 2 732 Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq - Belə deyirlər...Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Bolgexeber.com- a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.