BolgeXeber.Com » Media » Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaq

Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaq

26-10-2017, 17:44
Oxunub: 3 369 Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaqGələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub

Bolgexeber.com xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub.

Beləliklə, gələn il dövlət büdcəsindən Fonda 109 524 manat artıq vəsait ayrılacaq.