BolgeXeber.Com » Ölkə » 5-ci sinif dərsliyində kobud səhv: Xəritədə səhvlər var - VİDEO

5-ci sinif dərsliyində kobud səhv: Xəritədə səhvlər var - VİDEO

28-10-2017, 09:35
Oxunub: 3 019 5-ci sinif dərsliyində kobud səhv: Xəritədə səhvlər var - VİDEOOrta məktəblər üçün 5-ci sinif ingilis dili kitabında kobud səhvlərə yol verilib. "Şərq-qərb" nəşriyyat evi tərəfindən buraxılan dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritədə coğrafi səhvlər aşkarlanıb

Xəritədə Böyük Britaniyanın paytaxtı Londonun yeri səhv göstərilib, İtaliyanın paytaxtı Roma isə Rumınya və Ukraynanın üzərindən yazılıb. Bundan əlavə, Hudzon çayı və Kambocanın adı səhv verilib, Antarktida və Kanadanın şimalı isə ümumiyyətlə xəritədən kəsilib. Məslə ilə bağlı kitabı ərsəyə gətirən "Şərq-qərb" nəşriyyatından "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən tapşırıqda dünya xəritəsi üzərində coğrafi adların qeyri-dəqiq qeyd olunması məqsədli şəkildə verilib.
Həmin dərsin tədrisi ilə bağlı tövsiyələrdə çalışmanın qruplarla iş formasında aparılması məsləhət görülür. Tapşırığın məqsədi şagirdlərin xəritədə yerləri qeyri-dəqiq verilmiş coğrafi adları məkan baxımından düzgün müəyyən edə bilməsi və düzgün yazılışını öyrənməsidir.