BolgeXeber.Com » Dünya » Tramp vəkili musiqiçiylə dəyişik salaraq ad günü münasibətilə təbrik edib

Tramp vəkili musiqiçiylə dəyişik salaraq ad günü münasibətilə təbrik edib

28-10-2017, 09:36
Oxunub: 3 382 Tramp vəkili musiqiçiylə dəyişik salaraq ad günü münasibətilə təbrik edibABŞ prezidenti Donald Tramp məşhur müğənni Li Qrinvudu 75 illik yubileyi münasibətilə təbrik etmək fikrində olaraq, onu adaşı olan vəkillə dəyişik salıb

"Report" xəbər verir ki, Amerika lideri "Twitter"dəki səhifəsində bununla bağlı səhvə yol verərək vəkili təbrik edib.
Ağ Ev rəhbəri ad günü təbrikini onun adaşına yazıb. "Sizi doğum gününüz münasibətilə təbrik edirəm çox gözəl "leegreenwood83". Sən və sənin gözəl mahnıların çoxmənalıdır. Amerikanı yenidən böyük edək!", - deyə ABŞ prezidenti daha sonra statusunu redaktə edib və "@TheLeeGreenwood-un" düzgün ünvanını yazıb.
ABŞ prezidentinin əvvəlcə təbrik etdiyi şəxsin səhifəsində qeyd olunur ki, o, Nyu-Yorkda vəkil işləyir.
Daha əvvəl Tramp Finlandiya prezidenti Sauli Niinistyoyla mətbuat konfransı zamanı iki sarışın müxbir dəyişik salıb.