BolgeXeber.Com » Sosial » Mingəçevirdə çobanın ailəsi evdən çölə çıxa bilmir - canavarlar hücum çəkir - VİDEO

Mingəçevirdə çobanın ailəsi evdən çölə çıxa bilmir - canavarlar hücum çəkir - VİDEO

28-10-2017, 09:39
Oxunub: 4 203 Mingəçevirdə çobanın ailəsi evdən çölə çıxa bilmir - canavarlar hücum çəkir - VİDEOMingəçevirdə canavarlar fermaya hücum edib. Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib

Hadisə baş verən fermanın çobanı bildirib ki, acgöz canlılar çöldə 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girərək kiçik danaları məhv etməyə cəhd ediblər. Bu zaman inəklər səs-küy saldığından çobanlar itlərin köməyi ilə canavarları qovmağa nail olublar. Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib.
Çoban Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: "Bir neçə ay öncə tövlənin üst hissəsini dağıdıb içəri girən canavarlar 50 baş qoyunu da tələf edib. Bundan başqa, fermada saxlanan uzunqulaq və atlar da acgöz canlılara yem olublar. Biz ailəmizlə birlikdə bu fermada yaşayırıq. Uşaqlarımız da axşam olanda həyətə çıxa bilmir".
Təsərrüfat sahibi Ağasəlim Babayev qış vaxtı daha da fəallaşan canlıları məhv etmək mümkün olmadığından çarəsiz qaldıqlarını deyir. Qeyd edək ki, hadisə baş verən ferma Mingəçevirin ətrafında yerləşir.