BolgeXeber.Com » Ölkə » Qəzada adam yaralayan sürücü həbs olunmayacaq – Yeni qayda

Qəzada adam yaralayan sürücü həbs olunmayacaq – Yeni qayda

28-10-2017, 16:36
Oxunub: 2 043 Qəzada adam yaralayan sürücü həbs olunmayacaq – Yeni qaydaAvtomobil yollarında baş vermiş qəzalara səbəb olan bəzi sürücülərin cəzası yüngülləşəcək

Əvvəlki qaydalara görə, yol hadisəsi zamanı xəsarət almış piyada və ya sərnişinə görə azadlıqdan məhrum edilməli olan sürücülər artıq həbs edilməyəcək. Qəza zamanı xəsarət alan şəxslə sürücü arasında barışıq olarsa və sürücü zərərçəkənə dəymiş bütün zərəri ödəyərsə, cinayət məsuliyyətinə cəlb edilməyəcək. Yeni qaydalar Milli Məclis tərəfindən qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə danışan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikrincə, dəyişilik bəzi sürücülərə imtiyaz verəcək. Bu da birmənalı qarşılanmaya bilər:

“Cinayət xarakterli yol-nəqliyyat hadisəsi törədib zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vuran sürücü, əgər zərərçəkmişə vurduğu bütün ziyanları ödəyər və onunla barışıq əldə edərsə, tamamilə cinayət məsuiyyətindən azad ediləcək.

Bundan əvvəl az ağır xəsarətin 2 il cəzası var idi, ağır xəsarətə görə isə sürücü 3 ilə qədər azadlıqdan məhrum edilirdi. Bu qayda yenə də qüvvədədir. Hadisəni törətmiş sürücü ilə zərərçəkən arasında barışıq olmasa və sürücü xərclri ödəməsə, o, həbs ediləcək”.

Ərşad Hüseynov bildirib ki, azadlığın məhdudlaşdırılması qəzalardan sonra hadisə yerindən qaçan və məsuliyyətdən yayınmağa cəhd edən sürücülərə də şamil edilə bilər:

“Yol-nəqliyyat hadisəsi törətmiş şəxsin maddi vəziyyətindən asılı olaraq bir üstünlüyü yaranır. Əgər qəzanı törədən şəxs kifayət qədər maddi imkanlı olan biridirsə, o, asanlıqla yeni qanunun yaratdığı humanist meyardan yararlana biləcək.

Zərərçəkənə dəymiş zərəri ödəyə bilməyən sürücülər isə əvvəlki qaydada xəsarətin dərəcəsindən asılı olaraq azadlıqdan məhrum ediləcəklər. Qəzadan sonra ölüm faktı qeydə alınarsa, istənilən halda azadlıqdan məhrumetmə cəzası olduğu kimi qalacaq”.

Ekspertin sözlərinə görə, bu düzəliş imkan verəcək ki, qəza törədib öz doğmasını şikəst etmiş sürücü cinayət məsuliyyətinə cəlb edilməsin.