BolgeXeber.Com » Analitika » Fazil Mustafa: “5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır?”

Fazil Mustafa: “5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır?”

31-10-2017, 15:36
Oxunub: 4 075 Fazil Mustafa: “5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır?”“Əgər biz 20 il ərzində vəzkillərin sayını 1000-ə çatdıra bilməmişiksə, yaxın dövrdə onların sayını artırmağımız mümkün deyil”

Bu fikirləri deputat Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun layihəsinin müzakirəsi zamanı söylədi. Deputat bildirdi ki, konstitusiyamızda hər kəsin normal hüquqi yardım almaq imkanı tanınıb və bu hüquqa heç bir halda müdaxilə etmək olmaz.

F.Mustafa beynəlxalq konvensiyalarda da hər kəsin özünümüdafiə hüququnun olduğunu xatırlatdı. Deputat ölkə prezidentinin yoxsul vətəndaşlara pulsuz hüquqi yardım edilməsi ilə bağlı sərəncam verdiyini xatırlatdı. “Bu, ona bənzəyir ki, universitetdə hansısa müəllim rüşvət alırda, universiteti ləğv olunur. Bölgədəki 5 milyonluq əhali üçün cəmi 236 vəkil var. Bu zaman vətəndaş necə özünü müdafiə edəcək? Burada 5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır? Biz məsələ qoyaq ki, nümayəndə hüquqşünas olmalıdır. Necə ki, Qazaxıstan bu addımı atdı. Nümayəndəliklə bağlı qərarı vermək hələ tezdir. Heç olmasa vəkillərin sayına görə 20-ci yerə çıxaq, o halda bu qanunu qəbul edək. Hakimlər daha rahat qərar çıxartsın deyə, bu qərarı qəbul etmək olmaz. Bu qanunun qəbulu ölkədə ciddi narazılıqlar yaradacaq”.