BolgeXeber.Com » Mədəniyyət » Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO

Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO

31-10-2017, 16:40
Oxunub: 3 728 Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO31 oktyabr 2017-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq teatrının aktyorlarının ifasında “Günahsız günahkarlar” tamaşası nümayiş olundu

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər, İdman Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sifarişi ilə ərsəyə gəlib.Tamaşanın ssenarisi Arzu Soltana aiddir, qurluşçu rejissoru İntiqam Soltandır, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.
Tamaşanı təqdim etməzdən əvvəl Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov və tamaşanın qruluşçu rejissoru İntiqam Soltan çıxış etdilər. Sonra tamaşa nümayiş olundu. Tamaşanın qəhrəmanları bir kafedə "Mafiya" oyunu oynayaraq əsl mafiyaların toruna düşürlər. Birinci vurulan Qurban "yaxşı iş" adıyla xaricə aparılaraq sənədləri əlindən alınır və pulsuz-parasız ağır işlərdə çalışdırılaraq aldadılır. İkinci oyunçu Songül insan alverinin, xəstə qızının müalicəsi üçün istənilən məbləği əldə etmək üçün böyrəyini satmağa məcbur olan üçüncü oyunçu Şikar isə orqan transplantasiyası mafiyalarının qurbanı olurlar. Tamaşanın qəhrəmanları başlarına gətirilən oyunlar qarşılığında intiqam almaq hissi ilə yaşayırlar. Əsərdə qlobal dünya probleminə çevrilmiş insan alverinə qarşı maariflənmə - mübarizə forması kimi qabardılıb. Böyüklər üçün nəzərdə tutulan tamaşa 1 saat 10 dəqiqə davam edir. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.
Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində ərsəyə gələn bu tamaşa Hacıqabulluların böyük marağına səbəb oldu.
Bolgexeber.com
Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO
Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO
Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO
Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO
Hacıqabulda “Günahsız günahkarlar” tamaşası-FOTO