BolgeXeber.Com » Gündəm » Beyləqanda babanı bıçaqlayıb 7 yaşlı nəvəsini qaçırdılar-ŞOK

Beyləqanda babanı bıçaqlayıb 7 yaşlı nəvəsini qaçırdılar-ŞOK

31-10-2017, 23:54
Oxunub: 5 132 Beyləqanda  babanı bıçaqlayıb 7 yaşlı nəvəsini qaçırdılar-ŞOK"Bu gün atam Cavadov Vaqif 7 yaşlı qızım Nuranəni dərsdən evə gətirəndə bir dəstə şəxsin hücumuna məruz qalıb"

Redaksiyamıza Beyləqan şəhərindən şikayət məktubu daxil olub.Beyləqan şəhər sakini Cavadov Fərid Vaqif oğlu atası Cavadov Vaqifin keçmiş qaynı tərəfindən bıçaqlandığını iddia edir.
Bolgexeber.com daxil olan həmin məktubu olduğu kimi təqdim edirik:
“Mən Cavadov Vaqif iki ilə yaxındır ki keçmiş həyat yoldaşım Gültəm Mustafayevadan boşanmışam.Bu evlilikdən dünyaya gələn qızım Nuranə məhkəmənin qərarı ilə mənimlə mütəmadi görüşdürülmək şərti ilə anasına verilib. Bu ilin iyul ayında qızım anası ilə deyil, mənimlə qalmaq istədiyini bildirib və həmin müddətdən mənim yanımda qalır.
Anasıgilin onu incitdiyini deyən qızım artıq 3 aydır ki mənim himayəmdədir.Bu gün atam Cavadov Vaqif 7 yaşlı qızım Nuranəni dərsdən evə gətirəndə bir dəstə şəxsin hücumuna məruz qalıb.Dəstə üzvlərindən olan keçmiş Yaşar Mustafayev soyuq silahla atamın çənə, kürək və ayaq nahiyəsinə zərbələr endirib və qızımı atamın əlindən zorla alaraq qaçırıb.Mən hadisə ilə bağlı polisə və Baş Prokurorluğa müraciət etmişəm.Sizdən bu məsələni ictimailəşdirməyi xahiş edirəm”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com