BolgeXeber.Com » Şou-Biznes » Rəfael və Coşqun Fazil Mustafanı ələ saldı

Rəfael və Coşqun Fazil Mustafanı ələ saldı

10-12-2012, 19:55
Oxunub: 3 861 "İndi biz Milli Məclisin spikeri Oqtay müəllimə ərizə yazaq ki, Fazil Mustafanı işdən çıxarsın?"

“Bu şəhərdə” teatrının aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov millət vəkili Fazil Mustafanın onların müxtəlif reklam lövhələrində qadın paltarında görünməsi ilə bağlı etirazına cavab veriblər. Aktyorlar, millət vəkilinin müraciətini əsassız hesab edərək bildiriblər ki, “Bu şəhərdə” komandası olaraq, iki dəfə qadın geyimində reklama çəkiliblər.

“Biri “Jalə” şirələrinin, digəri isə “Azərcell”in reklamı idi. Əslində, Avropada bu praktika var. Yəni, tanınmış brendlər öz reklam çəkilişlərində dəfələrlə bu formadan istifadə ediblər”.

Rafael və Coşqun millət vəkilinin sözügedən reklam lövhəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciətinə isə belə cavab veriblər:

“Millət vəkilinin həmin reklam lövhələrinin şəhərdən yığışdırılması ilə bağlı Bakı şəhər merinə müraciət etməyi bilirsiniz nəyə bənzəyir? İndi biz, Rafael və Coşqun Milli Məclisin spikeri Oqtay müəllimə ərizə yazaq ki, Fazil Mustafanı işdən çıxarsın? Biz Sabunçu sakinlərinə səbir diləyirik. Ümid edirik ki, 2015-ci ildə onların problemləri ilə daha yaxşı məşğul olan millət vəkilləri seçiləcək”.


Qeyd edək ki, Fazil Mustafa bir neçə gün öncə Rafael və Coşqunun qadın paltarında və jestləri ilə reklama çəkilmələrini, səhnəciklər oynamalarını ciddi tənqid etmişdi.