BolgeXeber.Com » Dünya » Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

2-11-2017, 11:56
Oxunub: 5 631 Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdiYaponiyada “Piala” adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib

Şirkətin siqaret çəkməyən əməkdaşları, siqaret çəkən həmkarlarının iş saatları ərzində tez-tez siqaret bəhanəsi ilə işdən yayındığını deyərək şikayət ediblər.

Şikayətdə qeyd olunur ki, binanın 29-cu mərtəbəsində yerləşən ofisdən aşağı düşüb siqaret çəkib qayıtmaq üçün ən az 20 dəqiqə vaxt lazımdır. Bunu gün ərzində 4-5 dəfə təkrarlayan həmkarlar işlərinə qeyri-ciddi yanaşmaqda ittiham ediliblər.

Şirkət sözçüsü Hirotaka Matsasuşa isə buna etiraz olaraq şirkətin siqaretdən istifadə etməyən əməkdaşlarına 6 günlük məzuniyyət verib.

Qaydalara görə, gün ərzində 6 saatdan çox çalışan işçilərə 20 dəqiqəlik fasilə icazəsi verilməlidir. Lakin bu yalnız bir dəfə üçün keçərlidir./publika.az