BolgeXeber.Com » Dünya » Porno aktrisa da Rusiya prezidenti olmaq istəyir

Porno aktrisa da Rusiya prezidenti olmaq istəyir

2-11-2017, 15:13
Oxunub: 5 582 Porno aktrisa da Rusiya prezidenti olmaq istəyirRusiyanın tanınmış porno aktrisası Yelena Berkova da prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır

“Qafqazinfo” xəbər verir ki, bu barədə Berkova instagram hesabında paylaşdığı videomüraciətdə danışıb.

Aktrisa bildirib ki, geyimlərə “senzura” qoymağı, məktəblərdə seksual təhsilin və “seksual imtihan”ın, yoxsulluq vergisinin, seksual zorakılığa qarşı ölüm hökmünün tətbiqini planlaşdırır. Berkovanın sözlərinə görə, uşaq dünyaya gətirmək üçün tibbi, hüquqi və psixoloji icazə almaq lazım gələcək.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək seçkilərdə daha iki qadın namizəd olmaq istədiyini açıqlayıb. Onlar teleaparıcılar Kseniya Sobçak və Yekatrina Qordondur.
Porno aktrisa da Rusiya prezidenti olmaq istəyir