BolgeXeber.Com » İdman » Milli komandamız Rusiyaya 20:0 hesabı ilə uduzdu

Milli komandamız Rusiyaya 20:0 hesabı ilə uduzdu

3-11-2017, 10:27
Oxunub: 3 295 Milli komandamız Rusiyaya 20:0 hesabı ilə uduzduAzərbaycanın gənclərdən ibarət mini futbol üzrə yığma komandası (17 yaşadək) Olimpiya Oyunları – 2018-in təsnifat mərhələsi oyununda Rusiya komandasına böyük hesabla məğlub olub

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, "B" qrupunun Slovakiyada keçirilən matçı 20:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qalib komandanın heyətində Danil Karpyuk 6, Danil Samusenko 4, Pavel Karpov və İlya Şamis hərəyə 3, İlya Fedorov, Maksim Okulov və Kamil Gərayxanov hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu isə Azərbaycan yığmasının futbolçusu öz qapısına vurub.