BolgeXeber.Com » Dünya » Bağdadi İraqdan taksi ilə qaçdı

Bağdadi İraqdan taksi ilə qaçdı

6-11-2017, 11:55
Oxunub: 2 216 Bağdadi İraqdan taksi ilə qaçdıİŞİD-in rəhbəri Əbubəkr Bağdadi sağ-salamatdır və dövlət sərhədlərini sərbəst şəkildə keçir

Bolgexeber.com xəbər verir ki, bu barədə informasiyanı “Əd Düstur” qəzeti yayıb. Qəzet Bağdadinin İraqda İŞİD-in əsas qərargahını noyabrın 3-də tərk etdiyini və Suriyaya qaçdığını bildirib.

Bağdadinin İraqın Rav şəhərini tərk edən zaman taksidən istifadə etdiyi bildirilib. İraq kəşfiyyatı hazırda Bağdadinin Deyr əz-Zor şəhərində gizləndiyini vurğulayıb.