BolgeXeber.Com » Şou-Biznes » “Space”dən 500 manatlıq ittihama – Reaksiya

“Space”dən 500 manatlıq ittihama – Reaksiya

11-12-2012, 09:05
Oxunub: 3 899 Space telekanalında anonsu gedən “Azərbaycanın Səsi” müsabiqəsində iştirakçılardan 500 manat tələb olunur ittihamına təşkilatçılardan cavab gəlib.
Layihənin baş prodüseri Məhərrəm Mehrəliyev “Qafqazinfo”ya açıqlamasında müsabiqədə qeydiyyatdan keçmək istəyənlərdən həqiqətən də 500 manat məbləğində pul tələb edilməsi faktını təsdiqləyib: “Bu müsabiqəyə aid olan müqavilənin şərtidir”.

Daha sonra özünü müsabiqənin təşkilatçılarından biri kimi təqdim edən Türkiyə türkçəsində danışan şəxs isə sözügedən ittihamlara belə cavab verib: “Biz onları pulsuz efirə buraxan deyilik ki? Başqa telekanallarda efirə çıxmaq üçün 5 min alır, biz də 500 manat”.

Qeyd edək ki, Space telekanalından redaksiyamıza bir neçə nəfər zəng vuraraq bizdən xəbərdəki “Space”in loqosunu çxıartmağı tələb edib.