BolgeXeber.Com » Gündəm » Balakəndə “Azəriqaz”ın nümayəndələri bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)

Balakəndə “Azəriqaz”ın nümayəndələri bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)

20-11-2017, 15:46
Oxunub: 32 825 Balakəndə “Azəriqaz”ın nümayəndələri  bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)Sakinlər bildirir ki, “Azəriqaz”ın Balakən Qaz İstismarı İdarəsinin işçiləri vətəndaşları aldadırlar,onlara problem yaradırlar ki,bu da sakinlərin haqlı narazıçılığına səbəb olur

Bolgexeber.com-un redaksiyasına müraciət edən Balakən rayonunun Katex kənd sakini Süleymanov Yusif Ziyaviddin oğlu “Azəriqaz”ın Balakən Qaz İstismarı İdarəsinin işçilərindən şikayətçidir.
Belə ki, Yusif Süleymanovun bildirdiyinə görə ki, “Azəriqaz”ın yerli nümayəndələri həyətlərə gələrək vətəndaş ,ev yiyəsi evdə ola-ola ona borc haqda olan qəbzləri təqdim etmirlər,qaz çeklərini qapının ağzında çölə atıb gedirlər.Bir müddətdən sonra isə gəlib gələn bildirişdən xəbəri olmayan abunəçiyə deyirlər ki,”bəs sənin borcun var və qazı sayğacdan kəsirlər”.
Bundan başqa Yusif Süleymanov Balakən rayonunun yerli poçt şöbəsində qaz pulunu ödəsə də,ona borclu olması haqda “Azəriqaz”ın Balakən Qaz İstismarı idarəsindən Bildiriş-Xəbərdarlıq gəlir. Yusif Süleymanov qaz puluna olan borcunun ödəməsi haqda qəbzlərin surətlərini də bizə göndərib.Həmin qəbzlərdən görünür ki,vətəndaş borcu ödəsə də səhəri ona borc haqda bildiriş gəlib.Vətəndaşın bildirdiyinə görə ödənilən pullar “Azəriqaz”ın nümayəndələri tərəfindən sistemə, “Azəriqaz”ın hesabına otuzdurulmur,bətəndaşın qazı isə olmayan borca görə kəsilir və sahə nəzarətçisi də bütün bunlara göz yumur.
Bildirilir ki,bu cür oxşar hallar onlarla başqa sakinin də başına gəlib və bu neqativ hallar kütləvi xarakter daşıyır.
Sakinlər bildirir ki, “Azəriqaz”ın Balakən Qaz İstismarı İdarəsinin işçiləri vətəndaşları aldadırlar,onlara problem yaradırlar ki,bu da sakinlərin haqlı narazıçılığına səbəb olur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Balakəndə “Azəriqaz”ın nümayəndələri  bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)
Balakəndə “Azəriqaz”ın nümayəndələri  bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)
Balakəndə “Azəriqaz”ın nümayəndələri  bildirişləri çölə atır,borc olmaya-olmaya qazı kəsir-ŞİKAYƏT(FOTOFAKT)