Kərəm Həsənovun Sumqayıtda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib
20-11-2017, 12:58
Oxunub: 1 399
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 24 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir. Belə ki, vətəndaş qəbulunun tarixi 30 noyabr 2017-ci il tarixinə keçirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə qəbul saat 11:00-da Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbulda yuxarıda qeyd olunmuş Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Komitənin 5 saylı ərazi şöbəsi: (01865) 4-47-97, 5-38-80
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi: (01865) 2-01-71
Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:
Komitənin 5 saylı ərazi idarəsi: Sumqayıt ş. 18-ci məh., bina 4/12
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər