BolgeXeber.Com » Xəbərlər » İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

23-11-2017, 09:52
Oxunub: 6 084 İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunubƏvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb

İmişli rayon Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərliyi, ağsaqqallar və ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısı cənab Vilyam Hacıyev tədbiri açaraq peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını xüsusi vurğulayıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Bolgexeber.com
İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
İmişli rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub