BolgeXeber.Com » Şou-Biznes » İşə götürdüyümüz qızlardan “bakirəsən?” soruşurduq – İlk dəfə “Lider”də danışdı

İşə götürdüyümüz qızlardan “bakirəsən?” soruşurduq – İlk dəfə “Lider”də danışdı

25-11-2017, 11:56
Oxunub: 3 033 İşə götürdüyümüz qızlardan “bakirəsən?” soruşurduq – İlk dəfə “Lider”də danışdıLider TV-də yayımlanan “Status” verilişində prodüser Zaur Kazımovun açıqlaması müzakirələrə səbəb olub

“Qafqazinfo” xəbər verir ki, canlı yayımda qonaq olan radio prodüserinin DJ olmaq istəyən xanımlarla bağlı fikirləri hər kəsin təəccübünə səbəb olub.
Z. Kazımov işə düzəlmək istəyən qızlara bakirəliklə bağlı sual verdiyini deyib:
“Mən əvvəllər aparıcı ilə müsahibə edəndə onlara verdiyim sual sizi şoka salacaq. Soruşurdum “bakirəsən, ya yox?” “Bakirəyəm” deyirdisə, cavab verirdim ki, bağışla, sənlə işləyə bilmərəm. Bu adam evlənməli, boşanmalı, övlad sahibi olmalıdır. Ən azı 15 ölkədə gəzməlidir, görməlidir”.