BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımova Vətənə qaytdı

Aygün Kazımova Vətənə qaytdı

12-12-2012, 10:15
Oxunub: 4 328 Türkiyədə həm Hollivudla bağlı planları ilə məşğul olan, həm də plastik əməliyyat keçirən xalq artisti Aygün Kazımova vətəninə geri döndü. Nəzərinizə çatdırım ki, divamız İstanbulda olarkən ingilis dilində yeni mahnısını lentə yazdırıb.

Onun həmçinin dünyaşöhrətli Beyons, Şakira və Britni Spirsə rəqs müəllimliyi edən şəxslə görüşdüyü də deyilir. Bundan başqa, qonşu ölkədə A.Kazımovanın adı sirr saxlanılan məşhurla duetinin gerçıkləşməsi ətrafında bəzi işlər də həlli yolunu tapıb. Bir sözlə, artıq Hollivudu fəth etməyə bir addımlıqda olan müğənninin alternativi olmayan layihəsi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.