BolgeXeber.Com » Gündəm » Bakı mağazalarında endirim biabırçılığı - Foto

Bakı mağazalarında endirim biabırçılığı - Foto

25-11-2017, 15:50
Oxunub: 2 994 Bakı mağazalarında endirim biabırçılığı - FotoDünəndən başlayaraq Bakıda fəaliyyət göstərən bütün AVM-lərdəki mağazalarda endirim kampaniyasına start verilib

Axar.az xəbər verir ki, mağazalarda kampaniya ərzində seçilmiş mallar 20, 50, 70 faizə qədər endirimlə təqdim edilib. Bu da mağazalarda sıxlığa və acınacaqlı vəziyyətə səbəb olub.

Belə ki, endirim kampaniyasından yararlanmaq istəyən xüsusilə xanımlar almadıqları geyimləri rəflərə səliqəsiz formada qoyaraq gediblər. Hətta bəzi müştərilər hələ satışda olan geyimləri yerə atıb. Mağazalarda növünə görə yerləşdirilmiş bütün məhsullar bir-birinə qarışıb. Bu da geynilməmiş və hələ satılmamış geyimlərin sonradan alış-verişə gələnlərin axtardıqları geyimləri tapa bilməməsinə səbəb olub. Həmçinin geyimlərlə kobud rəftar edildiyi və yerə atıldığı üçün bir çoxu zərər görüb, hələ alınmamış yararsız vəziyyətə düşüb.

Endirimə kampaniyasına qoşulan geyim mağazalarının demək olar ki, hamısında eyni hal yaşanıb.

Qeyd edək ki, əsasən, ABŞ-da keçirilən “Qara cümə” adlanan bu endirim kampaniyası ildə bir dəfə 3 gün olmaqla təşkil edilir. Kampaniya sabaha qədər davam edəcək. Kampaniyaya qoşulan AVM-lər bu müddət ərzində gecə yarsına kimi fəaliyyət göstərəcəklər.
Bakı mağazalarında endirim biabırçılığı - Foto
Bakı mağazalarında endirim biabırçılığı - Foto
Bakı mağazalarında endirim biabırçılığı - Foto