BolgeXeber.Com » Siyasət » Ukraynada Maydan inqilabından 4 il ötür

Ukraynada Maydan inqilabından 4 il ötür

27-11-2017, 09:05
Oxunub: 3 120 Ukraynada Maydan inqilabından 4 il ötürAlmaniya qəzeti Avropanın ən böyük dövlətində demokratik islahatların ləngidilməsindən və ölkədə Yanukoviçdən miras qalan bir çox problemin hələ həll olunmadığından yazıb

“Ukraynada Maydan inqilabından 4 il ötüb. Bu vaxta qədər ölkədə bir çox dəyişikliklər baş verib. Lakin bu dəyişikliklərin heç də hamısının yaxşıya doğru olduğunu söyləmək olmaz”.

Almaniyanın “Die Zeit” qəzetinin icmalçısı Zimone Brunnerin Kiyevdə gördüklərini təsvir edərək yazdığı məqalə bu cümlələrlə başlayır.

Müəllif 2013-cü ilin noyabrında Ukrayna xalqının jurnalist Mustafa Nayemin çağırışı ilə meydanlara axışaraq ölkənin avrointeqrasiya yolunu qoruduğunu xatırladır. Brunner Yanukoviçin yerinə gələn Pyotr Poroşenkonun xalqa “həkimə, müəllimə və polisə rüşvət verilməyən yeni ləyaqətli həyat vəd etdiyini xatırladır. Yazıda Avropanın Ukraynadakı islahatlara dəstək verməsi məqsədilə, Piter Vaqnerin rəhbərliyi altında “Support Group for Ukraine” adlı mərkəzin yaradıldığı və bu çərçivədə rəsmi Kiyevə 11 milyard dollar pul ayrıldığı vurğulanır.
Həmçinin 2017-ci ilin həm Ukrayna, həm də Brüssel üçün olduqca uğurlu keçdiyi qeyd olunur. Buraya Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanması və Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvini göstərmək olar.

Bu vaxt ərzində Ukraynada həqiqətən ölkə üçün görülməmiş irəliyə doğru bir sıra addımlar atılıb. Ölkədə müstəqil sayılan antikorrupsiya mərkəzi yaradılıb, dövlət sifarişləri və tenderlərinə ictimai nəzarəti həyata keçirməyə imkan verən “ProZorro” elektron sistemi qurulub, yeni polis qurumu, habelə yüzminlərlə məmuru öz gəlirləri barədə məlumat verməyə mecbur edən vergi bəyannamələrinin elektron hesabat sistemi təsis olunub.
Ukraynada Maydan inqilabından 4 il ötür

Londonda fəaliyyət göstərən “Chatham House” analitik mərkəzin verdyi məlumata görə, Ukrayna son 3 ildə müstəqillikdən sonrakı 22 il ərzində görüləndən daha çox islahat həyata keçirib.

Lakin…

Brüssel hələ də Avropanın ən böyük dövlətindəki gedişatdan narazılıq edir. Avropa rəsmilərinin fikrincə, buna əngəl olan səbəblərin başında Ali Radada oliqarxlar tərəfindən nəzarət edilən deputatların çoxluğudur.

“Ukrayna kleptokratiyasının lideri Yanukoviç çemodanlarını yığıb, ölkəni tərk etdi. Lakin Yanukoviç getsə də, korrupsiya olduğu yerində qaldı”, – müəllif təəssüflə qeyd edir.

Ukraynada Maydan inqilabından 4 il ötür

“Bir çox zəruri islahatlar yarıyolda buraxılıb… Korrupsiyaya qarşı yeni agentlik? Elə onun özünün adı bir çox maxinasiyalarda hallanır… korrupsiya hallarını araşdıracaq müstəqil məhkəmə instansiyası hələ mövcud deyil”, – müəllif bildirir.

“Başa çatmayan dəyişikliklər yeni qüvvələrə inamı sarsıda bilər”, – “Chatham House” xəbərdarlıq edir.

Ukraynada Maydan inqilabından 4 il ötür

“Sistem həddinqdən çox korrupsiyalaşıb və hələ də oliqarxlarla sıx bağlıdır”, – Brunner Poroşenkonun müxaliflərinin tənqidini çatdırır. “Əvvəllər “Pyotr Poroşenko bloku”ndan parlamentə keçən Mustafa Nayem və Sergey Leşşenko kimi deputatlar isə artıq müxalifətçilərin sıralarındadır”, – o, qeyd edir.

Brunner Poroşenkonun Yanukoviç kimi talançı və öz rəqiblərini əzən biri olmadığını qeyd etsə də, təmiz demokrat da hesab etmir.

“Lakin onu digər prezidentlərdən fərqləndirən ciddi bir xüsusiyyət var. Rusiya və Ukrayna arasında elan olunmayan müharibə Poroşenkonun Qərb və Moskva arasında “get-gəl” siyasətini mümkünsüz edir”.

Müəllfi bunu həm Ukrayna, həm də Qərb üçün ciddi fürsət sayır: “Avropa Birliyi ticarət tərəfdaşlığında Ruisyanı tam əvəz edə bilib.

Rusiya və Ukrayna arasında birbaşa uçuşlar yoxdur. Ölkənin başlıca enerji şikəti “Naftoqaz” isə Rusiya qazından asılılğını demək olar ləğv edib. Bununla da Putinin Ukraynaya qarşı ən böyük iqtisadi silahı əlindən alınıb”, – müəllif qeyd edir.