BolgeXeber.Com » Bölgə » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan filmlərinin nümayişi ənənəvi şəkildə davam etdirilir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan filmlərinin nümayişi ənənəvi şəkildə davam etdirilir

29-11-2017, 16:24
Oxunub: 4 081 Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan filmlərinin nümayişi ənənəvi şəkildə davam etdirilir29.11.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Vətənpərvərlik mövzusunda olan “Cavad Xan” filmi nümayiş olunmuşdur

Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında Rövşən Almuradlının rejissorluğu ilə çəkilən film XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad Xan haqqındadır.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Bizim Kino” prodüser mərkəzində çəkilib. Filmin çəkilişləri 2007-ci ilin aprelində başlayıb, həmin ilin avqust ayına kimi davam etdirilib. Film üçün 58 dəqiqəni əhatə edən 20 musiqi yazılmışdır. Filmin premyerası Milli kino günündə Heydər Əliyev adına sarayda keçirilmişdir.
Rollarda: Cavad Xan (Nürəddin Mehdixanlı) , Sisianov (Ramiz Novruz) və bir çox aktyorlar iştirak edirdilər.
Bolgexeber.com