BolgeXeber.Com » Media » Əflatun Amaşovdan jurnalisti hədələyən icra başçısına - CAVAB

Əflatun Amaşovdan jurnalisti hədələyən icra başçısına - CAVAB

29-11-2017, 16:52
Oxunub: 3 105 Əflatun Amaşovdan jurnalisti hədələyən icra başçısına - CAVABTanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin yaxın ətrafı jurnalistə zəng hədərək onu təhqir edib, hədə qorxu gəlib.

Bolgexeber.com xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib.

Amaşov deyib ki, bu hal yolverilməzdir: "Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.
Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir."
Qeyd edək ki, məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib.