BolgeXeber.Com » İdman » Libertadores kubokunu qalibi müəyyənləşib

Libertadores kubokunu qalibi müəyyənləşib

30-11-2017, 11:27
Oxunub: 2 561 Libertadores kubokunu qalibi müəyyənləşibCənubi Amerikanın ən güclü komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Libertadores kubokunu Braziliyanın “Qremio” klubu qazanıb

Finalda Argentina “Lanus”u ilə görüşən braziliyalılar hər iki matçda rəqibini məğlub edib. İlk görüşdə 1:0 hesabı ilə qələbə qazanan “Qremio” cavab matçında da üstün olub – 2:1.

Portu Aleqre təmsilçisi 3-cü dəfə Libertadores kubokunu qazanıb. Bunadək 1983 və 1995-ci illərdə ən yaxşı adına yiyələnən komanda 22 ildən sonra uğurunu bir daha təkrarlayıb.

Qeyd edək ki, bununla da “Qremio” klublararası dünya çempionatına vəsiqə qazanıb.