BolgeXeber.Com » Siyasət » Oqtay Əsədov: “Telefonda qurdalanmağı yığışdırın!”

Oqtay Əsədov: “Telefonda qurdalanmağı yığışdırın!”

1-12-2017, 14:59
Oxunub: 3 307 Oqtay Əsədov: “Telefonda qurdalanmağı yığışdırın!”Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib

Gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərək bu hərəkətlərə son qoymağa çağırıb:

“Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”

Qeyd edək ki, artıq bir müddətdir Milli Məclisə smartfonların keçirilməsi qadağan edilib.